"Çelsi"nin azarkeşinə üç il stadiondan oyun izləmək qadağan olunub

"Çelsi"nin azarkeşinə üç il stadiondan oyun izləmək qadağan olunub Bakı. 4 yanvar. REPORT.AZ/ İngiltərənin Çelsi klubunun azarkeşinə 3 il stadiondan futbol matçlarını izləmək qadağan olunub.
Futbol
4 Yanvar , 2019 18:30
Çelsinin azarkeşinə üç il stadiondan oyun izləmək qadağan olunub

Bakı. 4 yanvar. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun azarkeşinə 3 il stadiondan futbol matçlarını izləmək qadağan olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı Corc Bredli adlı fanatın Premyer Liqanın XVII turunda "Çelsi"nin səfərdə "Brayton"u 2:1 hesabı ilə məğlub etdiyi oyunda homofob xarakterli şüarlar səsləndirməsidir.

O, məhkəmə prosesi zamanı təqsirli olduğunu etiraf edib. London təmsilçisinin azarkeşi yalnız 2022-ci ildə stadiondan oyunları izləyə biləcək. Fanat həmçinin min avro məbləğində də cəzalandırılıb.

Qeyd edək ki, "Çelsi" azarkeşləri daha öncə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Macarıstan "Videoton"u ilə matçda (2:2) antisemit ifadələr səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi