"Çelsi"nin Bakıdakı finalda qələbə qazanması üçün 5 səbəb - TƏHLİL

"Çelsi"nin Bakıdakı finalda qələbə qazanması üçün 5 səbəb - TƏHLİL Bakıda İngiltərənin Çelsi və Arsenal komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyununun favoriti müəyyənləşib.
Futbol
23 May , 2019 15:37
Çelsinin Bakıdakı finalda qələbə qazanması üçün 5 səbəb - TƏHLİL

Bakıda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyununun favoriti müəyyənləşib. 

Bu, "Report"un apardığı təhlil nəticəsində üzə çıxıb. "Zadəganlar" cari mövsümdə İngiltərə Premyer Liqasında 3-cü, "topçular" isə 5-ci yeri tutub.

"Çelsi" artıq növbəti mövsüm qitənin ən nüfuzlu turniri hesab olunan Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. "Arsenal" isə yalnız Avropa Liqasının qalibi olacağı təqdirdə, bunu gerçəkləşdirə bilər.

Beynəlxalq arenadakı nailiyyətlərə nəzər saldıqda isə "Çelsi"nin Avropa Liqasının qalibi olması üçün 5 səbəb tapmaq olar:

1. "Çelsi" heç vaxt Avropa Liqasının finalında məğlub olmayıb. "Zadəganlar"ın turnirdə ilk final görüşü 2013-cü ildə baş tutub. Bu komanda həlledici görüşdə Portuqaliya "Benfika"sını üstələyib - 2:1.

2. "Çelsi" Avropa Liqasında 17 oyundur uduzmur. Qalib olduqları 2012/2013 mövsümündən sonra da "göylər" məğlubiyyətsizlik seriyasını davam etdiriblər. Artıq "Çelsi" İspaniya "Atletiko"sunun 15 matçlıq qələbə rekordunu da yeniləyib.

3. "Arsenal" UEFA turnirlərində son 6 cəhdində İngiltərə komandalarına qalib gələ bilməyib. "Topçular" bu oyunların 4-də məğlub olub, 2-də isə heç-heçə ediblər. "Qırmızı-ağlar" Çempionlar Liqasında 2007/2008 mövsümünün 1/4 finalında hər iki oyunun nəticəsinə əsasən, "Liverpul"a uduzub - 1:1, 2:3. Komanda 2008/2009 mövsümünün yarımfinalında isə "Mançester Yunayted"lə bacarmayıb - 0:1, 1:3.

4. "Çelsi" UEFA turnirlərində İngiltərə komandalarına qarşı keçirdiyi 17 oyunun 4-də məğlub olub. Komandanın sonuncu məğlubiyyəti 2010/2011 mövsümündə Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə oyuna təsadüf edib - 0:1,1:2.

5. "Çelsi" və "Arsenal" UEFA turnirlərində yalnız bir dəfə qarşılaşıb. 2003/2004 mövsümündə "Çelsi" Çempionlar Liqasının 1/4 finalında "Arsenal"ı iki oyunun nəticəsinə əsasən məğlub edib - 1:1, 2:1.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi