"Çelsi" "Milan"ın qapıçısı ilə danışıqlar aparır

"Çelsi" "Milan"ın qapıçısı ilə danışıqlar aparır İngiltərənin "Çelsi" klubu İtaliya "Milan"ının qapıçısı Canluici Donnaruma ilə danışıqlara başlayıb.
Futbol
2 Yanvar , 2021 12:33
Çelsi Milanın qapıçısı ilə danışıqlar aparır
Canluici Donnaruma

İngiltərənin "Çelsi" klubu İtaliya "Milan"ının qapıçısı Canluici Donnaruma ilə danışıqlara başlayıb.

"Report" "ExWHUemployee" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı qolkiper hazırkı komandasını tərk edə bilər.

London təmsilçisi İtaliya millisinin üzvünü razı salsa, yayda azad agent kimi heyətinə qatacaq.

Qeyd edək ki, Canluici Donnarumanın klubla müqaviləsi iyunda başa çatacaq. O, cari mövsüm 11 oyunda meydanda olub və 4 matçda qapısını toxunulmaz saxlayıb.

Son xəbərlər

Orphus sistemi