"Çelsi" London derbisində qalib gəldi

"Çelsi" London derbisində qalib gəldi “Çelsi” İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində London derbisində səfərdə "Fulhem"ə qalib gəlib.
Futbol
828
17 Yanvar , 2021 00:31
Çelsi London derbisində qalib gəldi

“Çelsi” İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Fulhem"ə qalib gəlib.

“Report” xəbər verir ki, London derbisində qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nin yeganə qolunu 78-ci dəqiqədə Meyson Maunt vurub.

Qələbə "Çelsi"yə 29 xal toplamağa və turnir cədvəlində yeddinci yerə yüksəlməyə imkan verib. Aktivində 12 xalı olan "Fulhem" isə yarış cədvəlində 18-ci yerdə qərarlaşıb.

"Çelsi" yanvarın 19-da keçiriləcək növbəti turda səfərdə "Lester"lə oynayacaq. "Fulhem" bir gün sonra öz meydanında "Mançester Yunayted"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi