​"Çelsi" klubunun futbolçusu azarkeşləri təhqir etdiyi üçün cəzalanıb

​"Çelsi" klubunun futbolçusu azarkeşləri təhqir etdiyi üçün cəzalanıb Dieqo Kosta 20 min funt sterlinq cərimələnib və yerli federasiya tərəfindən xəbərdarlıq alıb
Futbol
1 Aprel , 2016 19:41
​Çelsi klubunun futbolçusu azarkeşləri təhqir etdiyi üçün cəzalanıb

Bakı. 1 aprel. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Dieqo Kosta bir oyunluq cəzalanıb. "Report"un məlumatına görə, buna 27 yaşlı futbolçunun ölkə kubokunda "Everton"la keçirilmiş oyunda qırmızı vərəqə alaraq meydanı tərk edərkən azarkeşlərə təhqiredici jest göstərməsi səbəb olub.

Bundan əlavə, D.Kosta 20 min funt sterlinq cərimələnib və yerli federasiya tərəfindən xəbərdarlıq alıb.

Nəticədə braziliyalı futbolçu Premyer Liqanın XXXII turunda "Aston Villa" ilə səfərdə keçiriləcək oyunda meydana çıxa bilməyəcək.

Son xəbərlər

Orphus sistemi