"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb

"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb İngiltərənin "Çelsi" klubu baş məşqçisi Mauritsio Poçettino ilə yollarını ayırıb.
Futbol
21 May , 2024 22:20
Çelsi klubu baş məşqçisi ilə yollarını ayırıb

İngiltərənin "Çelsi" klubu baş məşqçisi Mauritsio Poçettino ilə yollarını ayırıb.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Argentinalı çalışdırıcı 2023-cü ildə "zadəganlar"ın sükanı arxasına keçmişdi.

Qeyd edək ki, cari mövsüm "Çelsi" İngiltərə Premyer Liqasını 63 xalla altıncı sırada bitirib.

Son xəbərlər

Orphus sistemi