"Çelsi" iki oyunçusu ilə müqaviləni uzatdı

"Çelsi" iki oyunçusu ilə müqaviləni uzatdı İngiltərənin Çelsi klubu iki oyunçusu ilə yeni müqavilə bağlayıb.
Futbol
20 May , 2020 23:33
Çelsi iki oyunçusu ilə müqaviləni uzatdı

İngiltərənin "Çelsi" klubu iki oyunçusu ilə yeni müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Villi Kabalyero və hücumçu Olivye Jirudur. Argentinalı qolkiper və fransalı hücumçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb.

Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən azad agent statusu ilə keçib. Bu mövsüm 38 yaşlı qapıçı Premyer Liqada 4 matça çıxıb və 7 top buraxıb. Jiru isə "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında "Arsenal"dan qoşulub. Transfer məbləği 17 milyon avro təşkil edib. 33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub. 

Son xəbərlər

Orphus sistemi