"Çelsi" fransalı müdafiəçi ilə müqavilə imzalayır

"Çelsi" fransalı müdafiəçi ilə müqavilə imzalayır İngiltərənin "Çelsi" klubu Fransa "Nitsa"sının futbolçusu Malanq Sarrla razılığa gəlib.
Futbol
25 Avqust , 2020 11:53
Çelsi fransalı müdafiəçi ilə müqavilə imzalayır
Malanq Sarr

İngiltərənin "Çelsi" klubu Fransa "Nitsa"sının futbolçusu Malanq Sarr ilə razılığa gəlib. 

"Report" "Get French Football News"a istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalayacaq. 

Fransalı oyunçu ilə danışıqların son mərhələdə olduğu bildirilir. O, yaxın günlərdə yeni klubunda tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, Malanq Sarr 2019/2020 mövsümündə Fransa klubunda 20 oyun keçirib və bir qol vurub. Sarr "Nitsa"nın yetirməsidir. 

Son xəbərlər

Orphus sistemi