"Çelsi" əvəzetmə sayının yenidən artırılmasını istəyir

"Çelsi" əvəzetmə sayının yenidən artırılmasını istəyir İngiltərənin Çelsi klubu Premyer Liqanın bərpası ərəfəsində yeni təklif irəli sürüb.
Futbol
2 İyun , 2020 15:06
Çelsi əvəzetmə sayının yenidən artırılmasını istəyir

İngiltərənin "Çelsi" klubu Premyer Liqanın bərpası ərəfəsində yeni təklif irəli sürüb. 

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar" çempionat matçlarında əvəzetmə sayının 9-dək artırılmasını istəyir.

London təmsilçisi futbolçuların sıx təqvimə görə zədələnmə ehtimalından narahatdır. Həmçinin klub hesab edir ki, oyunçuların koronavirusa yoluxma riski hələ davam edir. 

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) pandemiya səbəbindən cari ilin sonunadək keçiriləcək bütün oyunlarda beş əvəzetmədən istifadə edilməsini təsdiqləyib. İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması ilə bağlı qərar verilib.

Son xəbərlər

Orphus sistemi