"Çelsi" "Everton"un ulduzunu heyətinə qatıb

"Çelsi" "Everton"un ulduzunu heyətinə qatıb 24 yaşlı ingilis futbolçu klubla 5 il yarım müddətinə müqavilə bağlayıb
Futbol
5 Yanvar , 2018 22:22
Çelsi Evertonun ulduzunu heyətinə qatıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Çelsi" öz rəsmi saytında "Everton"un yarımmüdafiəçisi Ross Barklini heyətinə qatdığını elan edib.

“Report” xəbər verir ki, 24 yaşlı ingilis futbolçu London klubu ilə 5 il yarım müddətinə müqavilə imzalayıb və 8 nömrə altında çıxış edəcək.

"Səbirsizliklə "Çelsi"də işimə başlamağı gözləyirəm. Belə bir klubda yeni başlanğıc əldə etmək inanılmaz fürsətdir. Ümid edirəm ki, inkişaf edəcək və qollar vuracağam", — deyə Barkli imzalanma mərasimindən sonra bildirib.

Bundan əvvəl Barklinin transfer məbləğinin 15 milyon funt sterlinq (17 mln. avro) olduğu xəbər verilib.

Son xəbərlər

Orphus sistemi