"Çelsi" baş məşqçisi ilə uzunmüddətli müqavilə bağladı

"Çelsi" baş məşqçisi ilə uzunmüddətli müqavilə bağladı İngiltərənin "Çelsi" klubu baş məşqçi Tomas Tuxellə yeni müqavilə bağlayıb.
Futbol
4 İyun , 2021 16:34
Çelsi baş məşqçisi ilə uzunmüddətli müqavilə bağladı
Tomas Tuxel

İngiltərənin "Çelsi" klubu baş məşqçi Tomas Tuxellə yeni müqavilə bağlayıb.

"Report"un "zadəganlar"ın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssislə sözləşmə 2024-cü ilin yayınadək uzadılıb. Anlaşmanın maliyyə detalları açıqlanmır.

Qeyd edək ki, Tomas Tuxel "Çelsi"nin sükanı arxasına yanvarda Frenk Lempardın əvəzinə keçib. O, 2020/2021 mövsümündə komandanı İngiltərə Premyer Liqasında "4-lüy"ə qaytarıb və Çempionlar Liqasının qalibi edib.

Son xəbərlər

Orphus sistemi