Çeferin Rusiyanın yenidən avrokuboklarda təmsil olunacağına əmin deyil

Çeferin Rusiyanın yenidən avrokuboklarda təmsil olunacağına əmin deyil UEFA prezidenti Aleksander Çeferin Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılmaları ilə bağlı vəziyyət barədə danışıb.
Futbol
26 May , 2022 11:16
Çeferin Rusiyanın yenidən avrokuboklarda təmsil olunacağına əmin deyil
Aleksander Çeferin

UEFA prezidenti Aleksander Çeferin Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılmaları ilə bağlı vəziyyət barədə danışıb.

"Report" xəbər verir ki, sloveniyalı funksioner bu komandaların yenidən avrokuboklarda çıxış edəcəklərinə əmin olmadığını bildirib. Əvəzində o, Ukrayna təmsilçilərinin müvafiq turnirlərdə oynamaları üçün mümkün hər şeyi edəcəklərini diqqətə çatdırıb.

Çeferin Ukrayna və Rusiya idmançılarına görə təəssüf hissi keçirdiyini, xüsusən, rusiyalı futbolçuların münaqişənin yan təsirlərini hiss etdiklərini dilə gətirib.

Qeyd edək ki, UEFA mayın 2-də Rusiya klubları və yığmalarını 2022/2023 beynəlxalq mövsümündən kənarlaşdırılmalarını qərara alıb.

Son xəbərlər

Orphus sistemi