Cəbəllütariq klubu "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş edib

Cəbəllütariq klubu "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş edib Cəbəllütariqin "Linkoln" komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Futbol
8 İyul , 2023 10:42
Cəbəllütariq klubu Qarabağla oyunlar üçün 22 futbolçu sifariş edib

Cəbəllütariqin "Linkoln" komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi 22 futbolçu sifariş edib.

Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: Deyl Kolinq, İvan Villanueva, Nauset Santana
Müdafiəçilər: Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi
Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya

Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi