"CBC Sport" Azərbaycan çempionatını La Liqadan üstün tutdu

"CBC Sport" Azərbaycan çempionatını La Liqadan üstün tutdu “Zirə” - “Qəbələ” oyunu telekanal vasitəsilə canlı yayımlanacaq"
Futbol
177
5 May , 2021 12:44
CBC Sport Azərbaycan çempionatını La Liqadan üstün tutdu

"CBC Sport" İspaniya La Liqasında XXXV turun mayın 8-də keçiriləcək "Barselona" - "Atletiko" oyununun telekanalın efirində yayımlanmaması ilə bağlı açıqlama yayıb.

"Report"un məlumatına görə, telekanal rəsmi feysbuk səhifəsində həmin matçın Azərbaycan Premyer Liqasında XXVI turun "Keşlə" - "Sumqayıt" görüşü ilə üs-üstə düşdüyünü yazıb.

Bildirilib ki, tamaşaçıların çoxsaylı istəkləri nəzərə alınaraq, La Liqa qarşılaşması cbcsport.tv saytı vasitəsilə canlı təqdim olunacaq: "Telekanal yarandığı gündən Azərbaycan çempionatını prioritet saydığından, "Keşlə" - "Sumqayıt" oyunu telekanal vasitəsilə canlı yayımlanacaq".

Qeyd edək ki, "Keşlə" - "Sumqayıt" oyunu saat 18:00-da, "Barselona" - "Atletiko" matçı iə saat 18:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi