Cavid İmamverdiyev I Divizion klubuna keçdi

Cavid İmamverdiyev I Divizion klubuna keçdi "Kəpəz" yeni mövsümə hazırlıqla bağlı transfer çalışmalarını davam etdirir.
Futbol
24 İyul , 2021 10:35
Cavid İmamverdiyev I Divizion klubuna keçdi

"Kəpəz" yeni mövsümə hazırlıqla bağlı transfer çalışmalarını davam etdirir.

"Report" I Divizion klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevi heyətinə qatıb.

31 yaşlı yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Cavid İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi”, “Sumqayıt” və "Keşlə"nin formasını geyinib. Yarımmüdafiəçi Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub.

İmamverdiyev yığmanın heyətində 11 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi