Cavid Hüseynov: "Qəbələ"dən kimin gedəcəyi, kimin qalacağı hələ ki, bəlli deyil"

Cavid Hüseynov: "Qəbələ"dən kimin gedəcəyi, kimin qalacağı hələ ki, bəlli deyil" Cavid Hüseynov: Cox istərdim ki, karyeramı Qəbələ futbol klubunda başa vurum.
Futbol
29 May , 2019 04:49
Cavid Hüseynov: Qəbələdən kimin gedəcəyi, kimin qalacağı hələ ki, bəlli deyil

Cavid Hüseynov: "Cox istərdim ki, karyeramı "Qəbələ" futbol klubunda başa vurum".

“Report”un Qəbələyə ezam olunmuş Şirvan bürosunun xəbərinə görə, bu sözləri "Qəbələ" futbol komandasının kapitanı Cavid Hüseynov kuboku rayon əhalisinə tədim edən zaman keçirilən konsertdən sonra bildirib. 

Komandanin kapitanı qeyd edib ki, son vaxtlar futbolçular kuboku qazanmaq üçün ağır sınaqlardan keçib: "Son beş oyunu klubun istefa vermiş prezidenti Tale Heydərova həsr etdik. Bizim üçün çətin olsa da, bu kuboka nail olduq. Yaşananlar gözəl və duyğulu anlardır".

Komandanın kapitanı əcnəbi oyunçuların klubda qalıb-qalmayacaqları barədə suala cavabında bildirib ki, hazırda bununla bağlı heç nə məlum deyil: "Bu, hələ bəlli deyil. Amma çox istərdim ki, karyeramı klubda başa vurum. Əsas odur ki, çempion olduq və kuboku yerli sakinlərə təqdim edə bildik".

Son xəbərlər

Orphus sistemi