"Qəbələ"nin kapitanı: "Klub prezidentinin istefası heç bir futbolçuya təsir etməməlidir"

"Qəbələ"nin kapitanı: "Klub prezidentinin istefası heç bir futbolçuya təsir etməməlidir" Dünən biz də bu xəbəri eşidəndə təəccübləndik. Hər şey bir anda baş verdi. Çünki bu barədə əvvəlcədən heç kimin məlumatı yox idi. Biz də hamı kimi mətbuatdan xəbər aldıq. Bu gün isə bizə bildirdilər ki, bu, sadəcə, Tale müəllimin işi ilə əlaqədar prosesdir. Klub mövqeyini və iddiasını itirmir, fəaliyyətini davam etdirir və etdirəcək. Bu, işlə bağlı olan bir addım idi.
Futbol
11 Aprel , 2019 16:59
Qəbələnin kapitanı: Klub prezidentinin istefası heç bir futbolçuya təsir etməməlidir

"Dünən biz də bu xəbəri eşidəndə təəccübləndik. Hər şey bir anda baş verdi. Çünki bu barədə əvvəlcədən heç kimin məlumatı yox idi. Biz də hamı kimi mətbuatdan xəbər aldıq. Bu gün isə bizə bildirdilər ki, bu, sadəcə, Tale müəllimin işi ilə əlaqədar prosesdir. Klub mövqeyini və iddiasını itirmir, fəaliyyətini davam etdirir və etdirəcək. Bu, işlə bağlı olan bir addım idi".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Cavid Hüseynov Tale Heydərovun klubun prezidenti vəzifəsindən istefasını şərh edərkən deyib.

31 yaşlı futbolçu bildirib ki, komandanın bütün üzvləri vaxtlı-vaxtında maaşlarını alıb. Onun sözlərinə görə, bu yöndə heç bir problem olmayıb: "Sadəcə, bir aylıq maaşımız qalıb. Onu da yaxın günlərdə alacağıq".

Yarımüdafiəçi Heydərovun istefasından sonra legionerlərin komandadan getmək istəməsi ehtimalı barədə də fikirlərini bölüşüb: "Tərk etmək istəmələri çətin söhbətdir. Onların klubla müqavilələri var. Nəyə görə tərk etməlidirlər? Sonadək oynamalıdırlar. Bizim kimi hər birinin müqaviləsi var. "Qəbələ" öz mövqeyini və iddiasın davam etdirir. Hazırda iddiamız üçüncü yeri tutub Avropa Liqasına getməkdir. Belə olan halda kiminsə başqa şey fikirləşəcəyinə inanmıram. Futbolçuların çoxunda müqavilə mövsümün sonunda başa çatır".

Hüseynov "Qəbələ"nin yeni mövsümdən legionersiz yola davam edəcəyi ehtimalı barədə danışmaq istəməyib: "Yeni mövsüm barədə indidən danışmaq çox tezdir. Yeni mövsüm bəlkə bundan daha yaxşı olacaq? Klub əvvəlki kimi iddiasını saxlayır, sadəcə, prezident işlə əlaqədar postundan ayrılıb. Yəqin ki, yaxın günlərdə bu vəzifəyə yeni təyinat olacaq. Vitse-prezident Fariz Nəcəfov bizə bildirdi ki, rahat olun, heç bir hadisə baş vermir. Bu, sadəcə işə görə atılan addımdır".

Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatacaq yarımmüdafiəçi komandakı gələcəyi ilə bağlı danışmağın hələ tez olduğunu vurğulayıb: "Hələ mən də necə olacağını bilmirəm. Nəinki mən, hələ heç bir oyunçu ilə sözləşmənin uzadılması barədə danışıq aparılmayıb".

Hüseynov bu istefanın mövsümün qalan hissəsində oyunçulara təsir edib-etməyəcəyi ilə bağlı da danışıb: "Klub prezidentinin postundan gedişi heç bir futbolçuya təsir etməməlidir. Bu, hansısa oyunçuya nəyə görə təsir etsin? Hər kəs vaxtında öz pulunu alır. Yalnız mövsümün sonunda müqavilənin uzadılması və s. kimi məsələlər barədə hamı öz fikrini deyə bilər".

Son xəbərlər

Orphus sistemi