"Keşlə"nin hücumçusu məhkəməyə verilib

"Keşlə"nin hücumçusu məhkəməyə verilib CAS mübahisəli məsələni bu il sentyabrın 30-da müzakirəyə çıxaracaq
Futbol
11 Avqust , 2021 09:29
Keşlənin hücumçusu məhkəməyə verilib
Anatol Abanq

Çinin "Nantonq Jiun" klubunun hazırda "Keşlə"də çıxış edən kamerunlu futbolçu Anatol Abanq və onun sabiq komandası olan Moldova "Şerif"inə qarşı şikayətinə İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS mübahisəli məsələni bu il sentyabrın 30-da müzakirəyə çıxaracaq.

25 yaşlı forvard Tiraspol təmsilçisinə 2019-cu ildə məhz "Nantonq Jiun"dan keçib.

Qeyd edək ki, Anatol Abanq 2020-ci ilin dekabrından "Keşlə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi