Canni De Byazi: "Azərbaycan millisindəki işimi davam etdirəcəyəm"

Canni De Byazi: "Azərbaycan millisindəki işimi davam etdirəcəyəm" Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək.
Futbol
1 Aprel , 2022 00:20
Canni De Byazi: Azərbaycan millisindəki işimi davam etdirəcəyəm

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

O, çətinliklərin olduğunu etiraf etsə də, Millətlər Liqasının sonunadək vəzifəsində qalacağını vurğulayıb.

66 yaşlı baş məşqçi İtaliya millisinin dünya çempionatından kənarda qalmasına da toxunub: "Bu, futbolun bir parçasıdır. Toylara getmək yaxşıdır, heç dəfn mərasimində iştirak etmək pis? Ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır? Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi. Mançini hiss etdiyi şeyi etdi".

Son xəbərlər

Orphus sistemi