Canni De Byazi: "Standart vəziyyətdən qollar buraxmaq məni əsəbiləşdirdi"

Canni De Byazi: "Standart vəziyyətdən qollar buraxmaq məni əsəbiləşdirdi" Buna görə də bəzilərini sonradan meydana buraxdım
Futbol
27 May , 2021 23:52
Canni De Byazi: Standart vəziyyətdən qollar buraxmaq məni əsəbiləşdirdi
Canni De Byazi

“Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbiləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyəyə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandanın pis oyun nümayiş etdirmədiyini bildirib: "Futbolçulardan razı qaldım. Heyətə gəlincə, Azərbaycan Kubokunun finalından sonra bəzi futbolçular yorğun olduqları üçün fiziki hazırlıqları daha yaxşı olan oyunçulara şans verdim. Finalda iştirak edən futbolçular bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus millisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm”.

Son xəbərlər

Orphus sistemi