Canni De Byazi: "Final mərhələsinə vəsiqə qazanmaq mümkün olmayacaq"

Canni De Byazi: "Final mərhələsinə vəsiqə qazanmaq mümkün olmayacaq" "Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq".
Futbol
28 Avqust , 2021 14:34
Canni De Byazi: Final mərhələsinə vəsiqə qazanmaq mümkün olmayacaq
Canni De Byazi

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Biancocelesti" telekanalına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsindəki şansları dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis final mərhələsinə vəsiqə qazanmaq şanslarının olmadığını bildirib: "İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".

De Byazi "Report"a açıqlamasında isə deyib ki, İtaliya mətbuatı onun fikirlərini təhrif edib: "Mən qətiyyən belə söz deməmişəm. Xarici mətbuata açıqlamamda bildirmişəm ki, bu qrupda Portuqaliya və Serbiya ilə birinci yer uğrunda mübarizə aparmaq çox çətin olacaq. Bununla belə, sözügedən rəqiblərə qarşı qalan matçlarda əlimizdən gələni edib, yaxşı nəticə qazanmağa çalışacağıq. Amma 3-cü yeri tutmaq üçün Lüksemburq və İrlandiya ilə sonadək vuruşacağıq".

Qeyd edək ki, A qrupunda yer alan və 2 oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi