Canni De Byazi: "Rəqibi çətin vəziyyətlərə saldıq"

Canni De Byazi: "Rəqibi çətin vəziyyətlərə saldıq" "Qələbə qazanmaq üçün bir az təcrübə çatmadı"
Futbol
4 Sentyabr , 2021 22:20
Canni De Byazi: Rəqibi çətin vəziyyətlərə saldıq
Canni De Byazi

"Qələbə qazanmaq üçün matçın son dəqiqələrində bir az təcrübə çatmadı. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə İrlandiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis rəqibi çətin vəziyyətlərə saldıqlarını bildirib: "İrlandiyanın hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi. İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Amma ümumi götürsək ğır oyunda 1 xal götürdüyümüz üçün razıyam".

İtaliyalı baş məşqçi Azərbaycan komandasının ikinci yarıda daha çox müdafiə olunmasına da münasibət bildirib: "Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam. Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm.Bunları da ilk hissədə gerçəkləşdirdik".

De Byazi Taktiki baxımından yaxşı oyun göstərdiklərini vurğulayıb: "Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hissi olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm Əhmədzadə zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq".

Son xəbərlər

Orphus sistemi