Canni De Byazi: "Müqaviləmə hörmətlə yanaşıram"

Canni De Byazi: "Müqaviləmə hörmətlə yanaşıram" "Bütün bunlar yalnış məlumatdır və həqiqətə uyğun deyil. Mənim ümumiyyətlə belə məsələdən xəbərim yoxdur"
Futbol
22 İyun , 2021 16:27
Canni De Byazi: Müqaviləmə hörmətlə yanaşıram
Canni De Byazi

"Bütün bunlar yalnış məlumatdır və həqiqətə uyğun deyil. Mənim, ümumiyyətlə, belə məsələdən xəbərim yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçəcəyi barədə yayılan iddialara münasibət bildirərkən deyib.

65 yaşlı mütəxəssis Azərbaycan yığması ilə müqaviləsinin davam etdiyini xatırladıb: "Peşəkar baş məşqçi kimi müqaviləmə hörmətlə yanaşıram. Buradakı iş və fəaliyyət prosesindən razıyam. Belə söhbətlərin həqiqətlə hansısa əlaqəsi yoxdur".

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə bildirib ki, italiyalı baş məşqçi müqaviləsinin sonunadək Azərbaycan yığmasında fəaliyyət göstərəcək: "De Byazi peşəkar mütəxəssisdir və AFFA ilə müqaviləsi var".

Son xəbərlər

Orphus sistemi