Canni De Byazi: "Heç vaxt o sözləri işlətməmişəm"

Canni De Byazi: "Heç vaxt o sözləri işlətməmişəm" Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil! Demişəm ki, mənim rəhbərlik etdiyim komandalar adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməməsi ilə fərqlənib. Ola bilər hansısa texni
Futbol
7 Aprel , 2022 14:22
Canni De Byazi: Heç vaxt o sözləri işlətməmişəm
Canni De Byazi

"Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil"!

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan açıqlamasına aydınlıq gətirərkən deyib.

O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib: "Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil"!

Son xəbərlər

Orphus sistemi