Canni De Byazi: "Daha yaxşı nəticə qazana bilərdik"

Canni De Byazi: "Daha yaxşı nəticə qazana bilərdik" "Bu gün də uda bilmədik. Amma yaxşı oyun göstərdik. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə çox sayda qol imkanlarımız oldu. Bundan da yaxşı nəticə qazana bilərdik. Amma asan epizodlardan fərqlənə bilmiriksə, udmaq çətin olur. Fut
Futbol
367
14 Noyabr , 2021 23:19
Canni De Byazi: Daha yaxşı nəticə qazana bilərdik

"Bu gün də uda bilmədik. Amma yaxşı oyun göstərdik. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə çox sayda qol imkanlarımız oldu. Bundan da yaxşı nəticə qazana bilərdik. Amma asan epizodlardan fərqlənə bilmiriksə, udmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Aramızda yaxşı əlaqə var. Bundan da çox inkişaf edə bilərik".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qətər yığması ilə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

Nəticənin çox da önəmli olmadığını söyləyən italiyalı mütəxəssis qarşılaşmanı komandası üçün yaxşı sınaq adlandırıb: "Meydanda sonadək mübarizə apardıq. Təəssüf ki, səhv bizə baha başa gəldi. Buna baxmayaraq, təslim olmadıq və yaxşı reaksiya verdik. Qalib də gələ bilərdik. Futbolda bu cür qara oyunlar olur".

65 yaşlı baş məşqçi hər şeyi sona çatdırmağa öyrəşdiyini də vurğulayıb: "Artıq ideyalarım var, nə edəcəyimi bilirəm. Hər şeyə AFFA qərar verəcək. Mən olsam da, olmasam da, bu layihənin üzərində işləmək lazımdır. Bunu daha əvvəl İtaliya yığması da edib. Böyük komandalardan nə isə öyrənmək lazımdır. Görürəm, taleyimlə bağlı çox səbirsizlənirsiniz. Qoy, qərar versinlər, ölkəniz haqqında nə dediiymə quqlda yazıb baxarsınız (gülür)".

De Byazi azarkeşləri müsbət nəticələrlə sevindirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Gözləntilər böyük olanda təzyiq də güclü olur. Tərəfdarları başa düşürəm, amma artıq yığmanın bazası qurulur. Cəlal Hüseynov bu gün debüt etdi. Bizə xeyir verə bilər. Bəhlul Mustafazadəni, Emin Mahmudovu, Qara Qarayevi qeyd edərdim. Emin möhtəşəm oynadı. Bilmirəm, onu daha əvvəl belə görmüşdünüzmü? Gənc komandamız var. Hamısından razı qaldım və onlara təşəkkürümü bildirdim".

Təcrübəli mütəxəssis Mahmudovun İtaliya A Seriyasında rahat oynaya biləcəyini vurğulayıb: "Dünən maşında onunla bu barədə danışdıq. Ola bilər ki, yaşı çoxdur, amma hamıdan çox qaçır. Maksim Medvedevi də qeyd etmək istərdim. Meydanda olanda ürəyini qoyur".

De Byazi hazırda Azərbaycanın ən yaxşı futbolçusunun adını da açıqlayıb: "2021-ci ilin ilk yarısında Mahir Emreli "Qarabağ"da oynayırdı və komandanın bombardiri idi. Amma millidə qol vura bilmədi. Bu gün çox istəkli idi. Bəlkə də buna görə alınmır. Amma mənim üçün Emin Mahmudov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. "Neftçi" ilə uzun müddətdən sonra çempion oldu. Onunla görüşümüzdən sonra çox dəyişdi. Futbola yanaşması çox xoşuma gəlir".

Baş məşqçi deyib ki, uduzmaqdan zəhləsi gedir: "Lüksemburqla ağır oyundan sonra futbolçular bugünkü matça başqa cür yanaşa bilərdilər. Amma yaxşı təsir bağışladılar. Qətər reytinqdə 46-cıdır. Kollektiv çoxdandır birlikdə çıxış edir. Təəssüf ki, 2 lazımsız qol buraxdıq. Yaxşı ki, heç-heçə etdik. Bu, hardasa məni sevindirir. Çox vaxt iynəli suallarla qarşılaşanda nəsə demək asan olmur. Futbolda hər şey hər an dəyişə bilər. Əsas odur ki, uşaqlar gördüyümüz işə inanırlar. Artıq baza var. Bu yolda davam etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi