Canni De Byazi: "Bayrağımız üçün Qazaxıstandan üç xalla dönməliyik"

Canni De Byazi: "Bayrağımız üçün Qazaxıstandan üç xalla dönməliyik" Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qazaxıstanın "sports.kz" saytının suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:
Futbol
30 May , 2022 12:27
Canni De Byazi: Bayrağımız üçün Qazaxıstandan üç xalla dönməliyik

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qazaxıstanın "sports.kz" saytının suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Komandanız Millətlər Liqasında ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Turnirə uğurlu başlamaq sizin üçün nə dərəcədə vacibdir?

- Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görüb. Bilirik ki, səfərdə yaxşı komandaya qarşı uğurlu start asan olmayacaq. Amma həm özümüz, həm Azərbaycan xalqı, həm federasiya, ən əası isə bayrağımız üçün oradan üç xalla dönməliyik.

- İyunda bu qrupun komandaları 10 günə 4 oyun keçirəcəklər. Təqvim haqqında nə düşünürsünüz?

- Bilirəm ki, qısa müddətdə çoxlu səyahətlə dörd görüş keçirmək asan olmayacaq. Ddincəlmək lazımdır, lakin bu, mümkün deyil. Bununla belə, beynəlxalq təqvim çox sıxdır.

- Azərbaycan millisinin açıqlanan ilkin heyətində cəmi 15 futbolçu yer alıb. Bu, nə ilə bağlıdır?

- Çünki mayın 27-də ölkə kubokunun final matçı var idi və mən bu qarşılaşmada iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.

- Hazırda Azərbaycanın ən güclü futbolçularını Qazaxıstana gətirmək fikrindəsiniz?

- Aydın məsələdir!

- Maraqlıdır, Qazaxıstan yığmasının heyətində kimləri fərqləndirərdiniz?

- Mən adətən ümumi komandaya baxıram. Futbolçuların fərdi keyfiyyətlərini və oyun tərzini ictimaiyyət qarşısında müzakirə etmirəm. Qazaxıstan millisi yaxşı oyunçuları olan komandadır.

- Maqomed Adiyevin rəhbərliyi altındakı komandadan nə gözləmək olar?

- Düşünürəm ki, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Amma biz də eyni şeyi istəyirik.

- Oyun "Astana Arena"nın süni örtüklü meydançasında keçiriləcək. Bu, komandanız üçün problem ola bilərmi?

- Hər iki komanda üçün oyun meydançası eynidir. Şəxsən belə meydançalar mənim xoşuma gəlmir.

- Millətlər Liqasında Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub?

- Bacardığınız qədər irəli getmək.

- Sizcə qrupumuzun favoriti hansı komandadır?

- Slovakiya millisi.

Son xəbərlər

Orphus sistemi