Canni De Byazi: "Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var"

Canni De Byazi: "Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var" Təcrübələri çatmır, çünki İtaliya, İspaniya, İngiltərə və Almaniyadakı kimi rəqabətli liqada oynamırlar
Futbol
29 Aprel , 2021 15:36
Canni De Byazi: Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var
Canni De Byazi

"Azərbaycanda, xüsusilə də mənim komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 önəmli gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa İttifaqına daxil deyil və həmin oyunçuların yerini başqaları tutur".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yerli futbolçuların ölkə xaricində çıxış edə bilməmələrinin səbəbləri barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Premyer Liqanın səviyyəsi də legioner həyatı yaşamağa imkan vermir: "Onların təcrübələri çatmır, çünki İtaliya, İspaniya, İngiltərə və Almaniyadakı kimi rəqabətli liqada oynamırlar. Amma güclü rəqiblərlə mübarizə aparmaları inkişaflarına töhfə verə bilər. Məsələn, İtaliyada "Atalanta"nı nümunə göstərə bilərəm. Ukraynalı Ruslan Malinovski kimi bir çox insana məlum olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə yetişdirməyi bacarır və beləliklə, nəticə qazanırlar".

De Byazi İtaliya millisinin AVRO-2020-dəki şanslarını da dəyərləndirib: "Ümid edirəm ki, bütün oyunçular turnirə hazır olacaqlar. Amma belə bir gənc və yüksək keyfiyyətli kollektiv Avropa çempionatında həqiqətən maraqlı şeylər edə biləcəyini göstərdi. Komanda əvvəlkitək məğlubedilməzdir və bu, hər hansı uğurda vacib rol oynaya bilər. Lakin qrupda Türkiyə millisi ilə keçirəcəyimiz ilk oyuna yaxşı başlamaq lazımdır. Çünki rəqib sıradan komanda deyil".

Son xəbərlər

Orphus sistemi