Canluici Buffon 39 yaşınadək "Yuventus"da qalacaq

Canluici Buffon 39 yaşınadək "Yuventus"da qalacaq İtaliya klubu 2 oyunçusu ilə müqaviləni uzadıb
Futbol
20 Noyabr , 2014 16:13
Canluici Buffon 39 yaşınadək Yuventusda qalacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" futbol klubu qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə müqaviləni uzadıb. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, C.Buffonla yeni anlaşma 2017-ci ilədək nəzərdə tutulub. 

Beləliklə, təcrübəli qolkiper 39 yaşınadək Turin komandasında qalacaq. O, "Qoca Sinyora"nın heyətində 2001-ci ildən çıxış edir. Bu mövsüm C.Buffon 15 oyuna 8 qol buraxıb. C.Kyellininin yeni anlaşması isə 2018-ci ildə, 34 yaşındaykən bitəcək. O, 2005-ci ildən çıxış etdiyi klubda bu mövsüm 13 matça çıxıb. 

Son xəbərlər

Orphus sistemi