"Bursaspor" yeni baş məşqçisini açıqlayıb

"Bursaspor" yeni baş məşqçisini açıqlayıb Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yeni baş məşqçisini açıqlayıb.
Futbol
7 Mart , 2022 17:11
Bursaspor yeni baş məşqçisini açıqlayıb

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yeni baş məşqçisini açıqlayıb.

"Report" "timsahlar"ın rəsmi saytına istinadən xəbər verir ki, komanda Mustafa Erə tapşırılıb.

42 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. O, bu postda Tamer Tunanı əvəzləyib.

Qeyd edək ki, "Bursaspor" 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bursa təmsilçisi rəqiblərindən iki oyun az keçirib. Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqustunadək "Bursaspor"un baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi