"Bursaspor"un vitse-prezidenti: "Namik Ələskərov çox yaxşı futbolçudur"

"Bursaspor"un vitse-prezidenti: "Namik Ələskərov çox yaxşı futbolçudur" Türkiyə "Bursaspor"unun vitse-prezidenti Emin Adanur mövsümün əvvəlində heyətə cəlb olunmuş futbolçuların çıxışını dəyərləndirib.
Futbol
22 Noyabr , 2021 23:14
Bursasporun vitse-prezidenti: Namik Ələskərov çox yaxşı futbolçudur

Türkiyə "Bursaspor"unun vitse-prezidenti Emin Adanur mövsümün əvvəlində heyətə cəlb olunmuş futbolçuların çıxışını dəyərləndirib.

"Report"un məlumatına görə, klub rəsmisi yerli telekanallardan birinə müsahibəsində yalnız 2 oyunçudan narazı qaldığını bildirib. Funksioner həmin futbolçuların adlarını açıqlamayıb.

Adanur aralarında Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun da yer aldığı digər transferlərin isə uğurlu olduğunu vurğulayıb: "Komandada həddindən artıq razı qaldığım futbolçular var. Massimo Bruno, İsmail Yüksək, Namik Ələskərov, Nikolas Salasar, Luka Tsapan, Mert Yılmaz çox yaxşı oyunçulardır. Yalnız 2 nəfərlə bağlı peşmanlıq hissi keçirirəm. Onların adını isə deməyim düzgün olmaz".

Qeyd edək ki, Namik Ələskərov I liqa təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi