"Komandalarda tez-tez əcnəbi futbolçularla bağlı problemlər olur".
"Report" "Lifebursa" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Tamer Tuna deyib.
"Timsahlar"ın bir neçə legionerlə problem yaşadığını xatırladan 46 yaşlı mütəxəssis düşərgədə olan 3 əcnəbi oyunçunun komandaya can yandırdığını bildirib: "Onsuz da Namik Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.