Bundesliqa təmsilçisi yeni transferini açıqlayıb

Bundesliqa təmsilçisi yeni transferini açıqlayıb Almaniya Bundesliqa təmsilçisi "Volfsburq" yeni transferini açıqlayıb.
Futbol
8 İyul , 2024 18:26
Bundesliqa təmsilçisi yeni transferini açıqlayıb

Almaniya Bundesliqa təmsilçisi "Volfsburq" yeni transferini açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-yaşıllar" "Yunion" (Belçika) klubunun hücumçusu Muhammed Amurla razılığa gəlib.

24 yaşlı əlcəzairli futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Amur ötən mövsüm Belçika komandasının heyətində 45 oyunda meydana çıxıb və 22 qol vurub. O, Əlcəzair millisində 27 görüş ərzində rəqib qapılarından 6 qol keçirib.

Son xəbərlər

Orphus sistemi