Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi "Auqsburq" klubunun baş məşqçisi Hayko Herrlix istefaya göndərilib
Futbol
27 Aprel , 2021 00:40
Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Almaniyanın "Auqsburq" klubunun baş məşqçisi Hayko Herrlix istefaya göndərilib.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub. Auqsburqlular hazırda 33 xalla 13-cü pillədə qərarlaşıb.

50 yaşlı mütəxəssisi bu vəzifədə Markus Vayntsirl əvəzləyib. Onunla 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, 2012 - 2016-cı illərdə də "Auqsburq"a başçılıq edən Vayntsirl komandanı UEFA Avropa Liqasına çıxarıb.

Son xəbərlər

Orphus sistemi