Bundesliqa klubu ölkə kubokundan kənarlaşdırılıb

Bundesliqa klubu ölkə kubokundan kənarlaşdırılıb "Volfsburq" klubu Almaniya Kubokundan kənarlaşdırılıb.
Futbol
17 Avqust , 2021 10:27
Bundesliqa klubu ölkə kubokundan kənarlaşdırılıb

"Volfsburq" klubu Almaniya Kubokundan kənarlaşdırılıb.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın əvəzetmə qaydalarını pozması səbəb olub.

Baş məşqçi Van Bommel avqustun 8-də "Proyssen"ə qarşı 1/8 matçında 6 əvəzetmə edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Volfsburq" əlavə vaxtda 3:1 hesablı qələbə qazanmışdı.

"Proyssen"in etirazından sonra Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.

Son xəbərlər

Orphus sistemi