Bundesliqa klubu baş məşqçisini qovdu

Bundesliqa klubu baş məşqçisini qovdu Almaniyanın "Maynts" komandası baş məşqçisi Axim Bayerlortserlə yollarını ayırıb.
Futbol
28 Sentyabr , 2020 15:30
Bundesliqa klubu baş məşqçisini qovdu
Axim Bayerlortser

Almaniyanın "Maynts" klubu baş məşqçisi Axim Bayerlortserlə yollarını ayırıb. 

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması barədə qərar çıxarılıb. 

Mövsümün sonuna qədər komandaya Bayerlortserin köməkçisi Yan-Morits Lixte rəhbərlik edəcək. 

Qeyd edək ki, "Maynts" ilk turda “Leyptsiq”ə 1:3, növbəti oyunda isə "Ştutqart"a 1:4 hesabı ilə uduzub. Daha əvvəl digər Bundesliqa təmsilçisi "Şalke" baş məşqçisi David Vaqneri istefaya göndərib. 

Son xəbərlər

Orphus sistemi