Bundesliqa: "Bavariya" inamlı qələbə qazanıb

Bundesliqa: "Bavariya" inamlı qələbə qazanıb Almaniya Bundesliqasında XV tur çərçivəsində “Bavariya” evində “Ştutqart”la qarşılaşıb.
Futbol
17 dekabr 2023 22:02
Bundesliqa: Bavariya inamlı qələbə qazanıb

Almaniya Bundesliqasında XV tur çərçivəsində “Bavariya” evində “Ştutqart”la qarşılaşıb.

"Report" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 2-ci dəqiqədə Harri Keyn açıb. Futbolçu 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Görüşdə yekun hesabı Kim Min Ce müəyyənləşdirib.

Qələbə sayəsində “Bavariya” ikinci pillədəki yerini qoruyub (35 xal). “Ştutqart” isə 31 xalla dördüncüdür.

Orphus sistemi