"Real Madrid"in sabiq qapıçısı 8 oyunluq cəzalandırıldı

"Real Madrid"in sabiq qapıçısı 8 oyunluq cəzalandırıldı İngiltərənin Lids futbol komandasının qapıçısı Kiko Kasilya cəzalandırılıb.
Futbol
29 Fevral , 2020 10:17
Real Madridin sabiq qapıçısı 8 oyunluq cəzalandırıldı

İngiltərənin "Lids" futbol komandasının qapıçısı Kiko Kasilya cəzalandırılıb.

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, buna ispaniyalı qolkiperin ötən ilin sentyabrında Çempionşipin IX turunun "Çarlton"la matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi səbəb olub.

İngiltərə Futbol Assosiasiyası 5 aydır davam edən araşdırmanın nəticəsinə əsasən, 33 yaşlı qolkiperi 8 oyunluq diskvalifikasiya edib. Həmçinin qapıçı 60 min funt sterlinq məbləğində cərimələnib. Təcrübəli oyunçu apreldən tez meydana qayıda bilməyəcək.

Qeyd edək ki, Kiko Kasilya "Lids"ə ötən yay İspaniya "Real Madrid"indən keçib.

Son xəbərlər

Orphus sistemi