Bülent Korkmaz: "Qara Qarayev və Tural Rzayevlə bağlı qərarımızı sabah verəcəyik"

Bülent Korkmaz: "Qara Qarayev və Tural Rzayevlə bağlı qərarımızı sabah verəcəyik" "Mersin İdman Yurdu"nun baş məşqçisi azərbaycanlı futbolçuların mümkün transferindən danışıb
Futbol
28 Dekabr , 2015 15:03
Bülent Korkmaz: Qara Qarayev və Tural Rzayevlə bağlı qərarımızı sabah verəcəyik

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin "Mersin İdman Yurdu" futbol klubunun rəhbərliyi "Qarabağ"ın müdafiəçisi Qara Qarayev və "Kəpəz"in hücumçusu Tural Rzayevlə bağlı qərarını dekabrın 29-da açıqlayacaq. Bu barədə "Report"a "qırmızı şeytanlar"ın baş məşqçisi Bülent Korkmaz məlumat verib.

47 yaşlı mütəxəssis hər iki futbolçu ilə ciddi maraqlandığını təsdiqləyib: "Mən Azərbaycan Premyer Liqasını yaxından izləyirəm. Üstəlik, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışından xəbərdaram. Hər ikisi maraq dairəmizdədir. Sabah rəhbərliklə görüşərək transfer planlarımı açıqlayacağam. Razılıq verilsə, futbolçulara dəvət göndərərək danışıqlara başlayacağıq".

B.Korkmaz komandanın maliyyə problemləri ilə üzləşməsinə dair xəbərlərə də münasibət bildirib. Onun fikrincə, klubu Mersin bələdiyyəsi himayəyə götürdüyündən, maddi sıxıntı yaşanmayacaq.

Qeyd edək ki, "Mersin İdman Yurdu" Türkiyə Super Liqasında 17 turdan sonra 10 xalla 17-ci pillədə qərarlaşıb. Klub ötən gün "Bursaspor"a uduzub - 1:2. 

Son xəbərlər

Orphus sistemi