Buffon Ronaldonun rekordunu zarafatla təbrik etdi

Buffon Ronaldonun rekordunu zarafatla təbrik etdi “Yuventus”un qolkiperi Canluici Buffon öz komanda yoldaşını Kriştianu Ronaldunu yeni rekorda nail olması münasibəti ilə özünəməxsus tərzdə təbrik edib
Futbol
22 Yanvar , 2021 01:53
Buffon Ronaldonun rekordunu zarafatla təbrik etdi

“Yuventus”un qapıçısı Canluici Buffon komanda yoldaşı Kriştianu Ronaldunu yeni rekorda nail olması münasibətilə özünəməxsus tərzdə təbrik edib.

“Report” un məlumatına görə, Buffon bu barədə sosial şəbəkədə yazıb.

"Mənə bu iki qolu vurmaya da bilərdin! Hər halda, inanılmaz rekord münasibətilə təbrik edirəm! CR… 760!", - Buffon instaqram hesabında qeyd edib.

“Təşəkkür edirəm, əjdaha”, - Kriştianu ona belə cavab verib.

Qeyd edək ki, portuqal futbolçu İtaliya Superkubokunun “Napoli” ilə matçında karyerası ərzində 760-cı qolunu vurub.

Bu nəticə ilə Ronaldu keçmiş çexoslovakiyalı hücumçu Yozef Bitsanı üstələyib.

Qeyd edək ki, Çexiya Futbol Federasıyası Ronaldonun rekordu ilə razılaşmayıb. Qurumun nümayəndəsi bildirib ki, əslində Bitsan 759 yox, 821 qol vurub. Tarix və statistika Komitəsi əfsanəvi çex futbolçunun qollarının sayını yenidən hesablayıb.

Son xəbərlər

Orphus sistemi