Buffon təhqirə görə cərimələndi

Buffon təhqirə görə cərimələndi İtaliyanın "Yuventus" klubunun oyunçusu Canluici Buffon 5 000 avro məbləğində cərimələnib
Futbol
18 Fevral , 2021 22:02
Buffon təhqirə görə cərimələndi

İtaliyanın "Yuventus" klubunun oyunçusu Canluici Buffon 5 000 avro məbləğində cərimələnib.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna 43 yaşlı qapıçının A Seriyasının "Parma" ilə matçında (4:0) təhqirə yol verməsi səbəb olub.

İntizam komitəsi əvvəlcə təcrübəli qolkiperə bir oyunluq cəza vermək istəsə də, sonradan qərarını dəyişib.

Qeyd edək ki, Canluici Buffon "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk matçı zamanı da analoji hərəkətdə şübhəli bilinirdi. Lakin səsyazısı aydın eşidilmədiyi üçün ittiham sübuta yetirilməmiş hesab edilib.

Son xəbərlər

Orphus sistemi