Buffon karyerası ərzində 1000-ci oyununa çıxıb

Buffon karyerası ərzində 1000-ci oyununa çıxıb Onun yubiley oyunu İtaliya-Albaniya matçına təsadüf edib
Futbol
25 Mart , 2017 00:11
Buffon karyerası ərzində 1000-ci oyununa çıxıb

Bakı. 25 mart. REPORT.AZ/ "Yuventus" klubu və İtaliya yığma komandasının qapıçısı Canluici Buffon karyerası ərzində 1000-ci oyununa çıxıb.

"Report" xəbər verir ki, 39 yaşlı qolkiperin yubiley oyunu 2018-ci il dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən İtaliya-Albaniya matçına təsadüf edib.

O, milli komandanın heyətində ümumilikdə 168 matç keçirib. Qapıçının oyunlarının 612-si "Yuventus"un, 220-si isə "Parma"nın heyətində baş tutub.

Son xəbərlər

Orphus sistemi