Buffon İtaliyanın başqa bir klubuna keçə bilər

Buffon İtaliyanın başqa bir klubuna keçə bilər "Atalanta" iki əvvəl də təcrübəli oyunçunun keçidi üçün çalışıb
Futbol
16 Aprel , 2021 11:39
Buffon İtaliyanın başqa bir klubuna keçə bilər

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliyada klubunu dəyişə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 43 yaşlı qolkiper "Atalanta"nın maraq dairəsindədir.

Bergamo təmsilçisi bir neçə klubun maraqlandığı qapıçısı Pyerluici Qollini ilə yollarını ayırsa, Buffonu heyətinə qatacaq.

"Atalanta" iki əvvəl də təcrübəli oyunçunun keçidi üçün çalışıb, lakin müsbət nəticə əldə etməyib.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sında gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

Son xəbərlər

Orphus sistemi