Bu gün Türkiyə millisi Kosova yığmasının qonağı olacaq

Bu gün Türkiyə millisi Kosova yığmasının qonağı olacaq Bu gün 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
Futbol
11 İyun , 2017 11:37
Bu gün Türkiyə millisi Kosova yığmasının qonağı olacaq

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

“Report”un məlumatına görə, "D", "G" və "I" qruplarında baş tutacaq matçlarla Avropa zonasında VI tura yekun vurulacaq.

"D" qrupunda İrlandiya – Avstriya və Serbiya – Uels qarşılaşmaları gərgin mübarizə vəd edir. "G" qrupunun liderləri – İspaniya və İtaliya kollektivləri isə müvafiq olaraq Makedoniya ilə Lixtenşteyni sınağa çəkəcək.

"I" qrupunda ilk iki pilləni bölüşən İslandiya və Xorvatiya münasibətlərini ayırd edəcək. "Play-off" mərhələsinə yüksəlmək baxımından işini çətinə salan Türkiyə isə Kosovanın qonağı olacaq.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

Avropa zonası, VI tur

11 iyun

D qrupu

20:00. İrlandiya - Austriya

20:00. Moldova - Gürcüstan

22:45. Serbiya - Uels

Xal durumu: Serbiya, İrlandiya - 11, Uels, Austriya - 7, Gürcüstan - 2, Moldova - 1.

G qrupu

22:45. Makedoniya - İspaniya

22:45. İsrail - Albaniya

22:45. İtaliya - Lixtenşteyn

Xal durumu: İspaniya, İtaliya - 13, İsrail - 9, Albaniya - 6, Makedoniya - 3, Lixtenşteyn - 0.

I qrupu

20:00. Finlandiya - Ukrayna

22:45. İslandiya - Xorvatiya

22:45. Kosova - Türkiyə

Xal durumu: Xorvatiya - 13, İslandiya - 10, Ukrayna, Türkiyə - 8, Finlandiya, Kosova - 1.

Son xəbərlər

Orphus sistemi