Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun son iki oyunu keçiriləcək.
"Report"un məlumatına görə, qarşılaşmalar Sumqayıtda və Bakıda təşkil olunacaq.
Əvvəlcə "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gələcək. Bu, iki klubun çempionatda 19-cu qarşılaşması olacaq. Əvvəlki 18 görüşdən 4-də "Sumqayıt", 10-da "Zirə" qələbə qazanıb. Daha 4 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "Zirə öndədir - 25:15. Son 5 matçda “Sumqayıt” qələbə qazanmır, paytaxt təmsilçisi isə əksinə, daim qol vurur.
Ötən tur "Zirə" evdə "Sabah"ı 2:0 hesabı ilə yendiyi halda, "Sumqayıt" səfərdə "Neftçi" ilə heç-heçə edib. Nəticədə "qartallar" xallarını 20-yə çatdıraraq, 4-cü pilləyə yüksəliblər. "Gənclik şəhəri" təmsilçisi isə 19 xalla 5-ci yerə enib.
Turun son oyununda isə "Qarabağ"la "Neftçi" qarşılaşacaq. Bu, iki komandanın 100-cü dueli kimi tarixə düşəcək. İndiyədək prinsipial rəqiblər 78 dəfə çempionatda, 21 dəfə isə kubokda üz-üzə gəliblər. Premyer Liqa qarşılaşmalarının 29-da "Qarabağ", 20-də "Neftçi" qələbə qazanıbsa, daha 29 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də Ağdam təmsilçisi öndədir - 84:71. “Qarabağ” dörd oyundur uduzmur, “Neftçi” son iki görüşdə qol vurmayıb.
Hazırda
Görüşü "Qarabağ"dan Rahil Məmmədov zədə, "Neftçi"dən Voislav Stankoviç cəza səbəbindən buraxacaq.
Azərbaycan Premyer Liqası, XVI tur
8 fevral
17:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu.