Bu gün "Qalatasaray"ın yeni prezidenti seçiləcək

Bu gün "Qalatasaray"ın yeni prezidenti seçiləcək Bu gün Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olacaq.
Futbol
1524
19 İyun , 2021 09:23
Bu gün Qalatasarayın yeni prezidenti seçiləcək

Bu gün Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olacaq.

"Report"un məlumatına görə, seçkidə 5 namizəd iştirak edəcək. Bunlar Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardandır.

"Sarı-qırmızılılar"ın hazırkı prezidenti Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Seçki prosesi Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Səsvermə 5 saat davam edəcək. Yeni seçiləcək şəxs "Qalatasaray"ın 38-ci prezidenti olacaq.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından "Qalatasaray"a rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi