PAOK-un futbolçusunun “Qarabağ”a icarəsi ilə bağlı yekun qərar bu gün veriləcək

PAOK-un futbolçusunun “Qarabağ”a icarəsi ilə bağlı yekun qərar bu gün veriləcək Pedro Enrikenin meneceri PAOK-un idman direktoru Lüboş Mixellə görüşəcək
Futbol
30 Avqust , 2017 10:35
PAOK-un futbolçusunun “Qarabağ”a icarəsi ilə bağlı yekun qərar bu gün veriləcək

Bakı. 30 avqust. REPORT.AZ/ Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin “Qarabağ” komandasına icarəyə göndərilməsi ilə bağlı yekun qərar bu gün veriləcək.

“Report”un sport24.gr saytına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçinin meneceri bu gün Salonikiyə gələrək, PAOK-un idman direktoru Lüboş Mixel ilə görüşəcək. Görüş zamanı 27 yaşlı oyunçunun gələcək karyerası ilə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, daha öncə İsveçrə "Sürix”ində oynamış Pedro Enrike 2016-cı ildə Fransa "Renn”indən PAOK-a keçib. Braziliyalı vinger Yunanıstan klubunda 23 oyunda 6 qol vurub.

Son xəbərlər

Orphus sistemi