Bu gün İstanbul derbisi olacaq

Bu gün İstanbul derbisi olacaq Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək
Futbol
14 Mart , 2022 09:21
Bu gün İstanbul derbisi olacaq

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.

"Report"un məlumatına görə, XIX tur qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edəcək.

"NEF Stadionu"nda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.

Hazırda meydan sahibləri 28 oyundan 35 xalla 14-cü, qonaqlar 45 xalla 8-ci pillədə qərarlaşıb.

Bu, komandaların tarixdə 351-ci dueli olacaq. Əvvəlki görüşlərin 123-də "sarı-qırmızılar", 113-də isə "ağ-qaralar" qələbə qazanıb. 114 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Qalatasaray" öndədir - 488:458.

İstanbul təmsilçiləri arasındakı son 10 matçda "Beşiktaş" üstündür. "Qara-qartallar" 6, "aslanlar" isə 3 qələbə əldə edib, 1 oyunda qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası

XXIX tur

21:00. "Qalatasaray" - "Beşiktaş"

"NEF Stadionu"

Baş hakim: Atilla Karaoğlan.

Son xəbərlər

Orphus sistemi