A qrupu
23:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
23:45. "Malmö" (İsveç) - "Atletiko" (İspaniya)
Bu qrupda "Yuventus" və "Atletiko" favorit sayılsalar da, hazırkı vəziyyət heç də bundan xəbər vermir. Son vaxtlar enişdə olan "Yuventus" oktyabrın 22-də Yunanıstanda məğlub olduğu "Olimpiakos"u bu dəfə öz meydanında qəbul edəcək. İtaliya çempionatından fərqli olaraq, Çempionlar Liqasında zəif təsir bağışlayan Turin komandasını yalnız qələbə qane edir. Çünki "Atletiko"nun İspaniyada böyük hesabla qalib gəldiyi "Malmö"nü səfərdə də üstləməsi gözlənilir. Bu isə "Yuventus"u qələbə qazanmağa daha da vadar edən məqamdır. Ancaq liderdən cəmi 3 xal geridə olan "Malmö" asan təslim olmaq istəməyəcək və ən azı qrupda 3-cü yeri tutmaq üçün İspaniya çempionundan xal almağa çalışacaq.
1. "Olimpiakos" 3 2 0 1 4-4 6
2. "Atletiko" 3 2 0 1 8-3 6
3. "Yuventus" 3 1 0 2 2-2 3
4. "Malmö" 3 1 0 2 2-7 3
B qrupu
23:45. "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)
23:45. "Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)
Çempionlar Liqasının son qalibi "Real Madrid" artıq bu gün 1/8 final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün ispaniyalılar səfərdə böyük hesabla qalib gəldiyi "Liverpul"u öz meydanında da məğlub etməlidir. Ancaq "Liverpul"un vəziyyəti də bu komandanı "Santyaqo Bernabeu" stadionunda qələbə qazanmağa vadar edir. Əks təqdirdə, "Bazel" - "Ludoqorets" oyununun qalibi növbəti mərhələ yolunda önəmli addım atmış olacaq. Qrup ikinciliyi uğrunda isə 3 komandanın gərgin mübarizə aparacağı dəqiqdir.
1. "Real Madrid" 3 3 0 0 10-2 9
2. "Ludoqorets" 3 1 0 2 3-4 3
3. "Liverpul" 3 1 0 2 2-5 3
4. "Bazel" 3 1 0 2 2-6 3
C qrupu
21:00. "Zenit" (Rusiya) - "Bayer" (Almaniya)
23:45. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa)
Üç turdan sonra cəmi bir heç-heçəsi olan "Benfika" ilk iki yerdən əlini üzməmək üçün "Monako" ilə oyunda mütləq qələbə qazanmalıdır. "Bayer" isə Rusiyada "Zenit"i məğlub etməklə növbəti mərhələ işini böyük ölçüdə həll edə bilər.
1. "Bayer" 3 2 0 1 5-2 6
2. "Monako" 3 1 2 0 1-0 5
3. "Zenit" 3 1 1 1 2-2 4
4. "Benfika" 3 0 1 2 1-5 1
D qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Qalatasaray" (Türkiyə)
23:45. "Arsenal" (İngiltərə) - "Anderlext" (Belçika)
Almaniya Bundesliqasından fərqli olaraq, Çempionlar Liqasında rəqib tanımayan "Borussiya" artıq bu gecə növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün almanlar Türkiyədə böyük hesabla məğlub etdikləri "Qalatasaray"a öz meydanlarında uduzmamalıdırlar. Digər tərəfdən, bu, "Qalatasaray"ın son şansıdır. Növbəti xal itkisi Türkiyə klubunun ümidinin üstündən birdəfəlik xətt çəkə bilər. "Borussiya" uduzmasa və "Arsenal" da öz meydanında qalib gəlsə, hər iki komanda 1/8 finala vəsiqəni iki tur öncədən təmin edəcək.
1. "Borussiya" 3 3 0 0 9-0 9
2. "Arsenal" 3 2 0 1 6-4 6
3. "Anderlext" 3 0 1 2 2-6 1
4. "Qalatasaray" 3 0 1 2 2-9 1
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.