Bu gün "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq

Bu gün "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq Bu gün Türkiyə Super Liqasının XXIII turunda Fənərbağça və Qalatasaray arasında derbi oyunu keçiriləcək.
Futbol
215
23 Fevral , 2020 13:53
Bu gün Fənərbağça Qalatasarayla qarşılaşacaq

Bu gün Türkiyə Super Liqasının XXIII turunda "Fənərbağça" və "Qalatasaray" arasında derbi oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray" əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.

Hazırda "sarı-qırmızılar" 42 xalla 4-cü, "sarı-lacivərdlilər" isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom" bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor" və "Sivasspor"la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, bu tur "Trabzonspor" "Beşiktaş"la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. "Sivasspor" isə "Alanyaspor"a qalib gəlib - 1:0.

Son xəbərlər

Orphus sistemi