Bu gün El-Klasiko olacaq

Bu gün El-Klasiko olacaq Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.
Futbol
20 Mart , 2022 09:17
Bu gün El-Klasiko olacaq

Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

"Report"un məlumatına görə, "Santyaqo Bernabeu"dakı XXIX tur oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Kral klubu" 28 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 51 xalla 4-cü pillədə qərarlaşıb. Görüşü FIFA referisi Xuan Martines Munuera idarə edəcək.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 248 "El Klasiko"nun 100-də meydan sahibləri, 96-da qonaqlar qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

La Liqa qarşılaşmalarında da "Real Madrid"in üstünlüyü var – 76:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.

"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Serxio Ramos və Lionel Messidir.

Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

İspaniya La Liqası

XXIX tur

00:00. "Real Madrid" - "Barselona"

"Santyaqo Bernabeu"

Baş hakim: Xuan Martines Munuera

Son xəbərlər

Orphus sistemi